“Lunaçekin ermənilərlə bağlılığı sirr deyil” - Bahar Muradova
B. Muradovanın sözlərinə görə, Avropa Parlamentinin missiyasından özlərinin maraqları üçün istifadə edən qruplar var ki, Lunaçek də onların ən fəalıdır: “Onun Azərbaycana münasibəti yalnız bizim ölkədə "insan haqları"nı qorumaq hədəfinə söykənmir. Onun ermənipərəst qüvvələrə, dairələrə bağlılığı artıq sirr deyil. Bundan əvvəl də onun Azərbaycana və Türkiyəyə qarşı erməni layihələrinə dəstək verməsi ilə bağlı konkret faktlar var”.
Milli Məclisin sədr müavini qeyd edib ki, Avropa Oyunları ərəfəsində insanlar, xalqlar, dövlətlər arasında sülhə, əmin-amanlığa, təhlükəsizliyə, mədəniyyətlərdən qarşılıqlı bəhrələnməyə şərait yaradan belə tədbirlərdən yararlanmağı bir kənara qoyaraq bunu siyasiləşdirməyə cəhdi göstərənlər var: “Avropa Parlamentində növbəti bu kimi cəhdin şahidi olduq. Biz buna çox təəssüf edirik. Bu və ya digər siyasi hədəflərinə çatmaq üçün Avropa Oyunlarından siyasi alət kimi istifadə edirlər ki, bu, qətiyyən yolverilməzdir. Azərbaycan idman ölkəsi kimi dünyada tanınır. Avropanın çox ciddi maliyyə böhranı keçirdiyi bir zamanda Avropanın tarixində çox əhəmiyyətli yer tuta biləcək oyunların keçirilməsini bu günə qədər inkişaf etmiş çox populyar Avropa ölkələri üzərinə götürmədiyi halda, Azərbaycan qısa müddət bu ağır yükün altına girib Qərb üçün əhəmiyyətli olan bir platformanın yaranmasına öz töhfəsini verirsə, onlar bunu layiqincə qiymətləndirməlidir. Əgər onlar bunu belə qiymətləndirmirsə, tarix buna öz qiymətini verəcək”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


