Ermənilər Ağdamda qəbiristanlığı yandırdı - Video

Ermənilər Ağdamda qəbiristanlığı yandırdı - Video
  10 İyun 2015    Oxunub:2544
Ermənilərin cəbhədə törətdikləri yanğın təmas xəttini keçdi.
Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarında son bir neçə gündə törədilən yanğınlar cəbhənin Ağdam istiqamətində neytral ərazini keçərək yaşayış olan kəndlərə yaxınlaşıb.

Ötən gecə miqyası genişlənən alov rayonun Çıraqlı və Mirəşelli kəndlərinin ərazilərinə qədər yayılıb. Yanğın Baş Qərvənd və Mirəşelli kəndlərinin qəbiristanlığını da bürüyüb. Təmas xəttində yerləşdiyindən, məzarlığın xeyli hissəsi qısa müddət ərzində alovlanıb.

Aidiyyəti qurumlar yanğının məhsul altında olan sahələrə keçməməsi üçün tədbirlər görüblər. Yanğın səhərə yaxın söndürülüb.
(Region TV)





Teqlər:



Xəbər lenti