Məmmədyarov Çinin xüsusi nümayəndəsi ilə görüşüb
Görüş zamanı həmçinin BMT-nin Təhlükəsizlik Şurasının islahatlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. C.Sidi BMT Təhlükəsizlik Şurasının islahatı və bu xüsusda cərəyan edən proseslər barədə öz ölkəsinin mövqeyini ifadə edib.
Nazir E.Məmmədyarov beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verib. O, münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin hələ də icra edilməmiş qalmasına istinad edərək, Azərbaycan tərəfinin BMT Təhlükəsizlik Şurasının effektivliyinin artırılmasına gətirib çıxaracaq islahatların aparılmasında maraqlı olduğunu bildirib.
Çin nümayəndəsi bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamlərinin icra edilməsinin və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır.
Görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoq və praktiki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


