`Hansısa lezbiyanın qətnaməsi...` - Deputatdan sərt təpki
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin depuatatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, Avropa İttifaqının həyasızcasına yalançı “erməni soyqırımı” tanımaqla bağlı qətnaməsindən sonra hansısa azərbaycanlının bu qurumun guya insan haqlarının müdafiəçisi kimi çıxış etməsinə özünü inandırması gülünc görünür.
“Bir rəsmi lezbiyanın Azərbaycanın qayğısına qalmasını göstərmək üçün təqdim etdiyi qətnamə layihəsini hansısa formada dəstəkləməyi doğru hesab etmirəm. Ölkədə kifayət qədər problemlər və nöqsanlar var və bunları vaxtaşırı dilə gətiririk. Bunların idman tədbiri ilə əlaqələndirilməsi tamamailə məntiqsizdir. Buyurub, Avropa İtifaqı Ermənistanı işğalçı dövlət kimi tanıyan və ona sanksiyalar tətbiq etmənin vacibliyini bəyan edən qətnamə qəbul etsin, onun bundan sonrakı bütün qərarlarının altından imza atmağa hazıram”.
Qeyd edək ki, Avropa Parlamentinin vitse-prezidenti, Avstriya yaşıllarının rəhbəri Ulrike Lunaçek və bir qrup tərəfdaşı “siyasi məhbus” yarlığı yapışdırılmış Azərbaycan vətəndaşlarının rəsmləri əks olunan köynəklər geyinərək, Avroparlamentin tribunasında siyasi dəllallıqlarını davam etdirirlər.
İyunun 8-də Avropa Parlamentinin plenar sessiyasının açılış iclasında üçüncü ölkələrdə insan haqları, demokratiya və qanunun pozulması halları haqqında qətnamələrin hazırlanması barədə debatlar, yəqin ki, hələ yaddaşlardan uzun müddət silinməyəcək.
Çünki bu günə kimi heç bir deputat qrupu parlament kimi mühüm siyasi arenanı sirkə çevirə bilməmiş, heç bir siyasətçi isə klounluq peşəsini bu qədər təqlid etməyi və populyarlaşdırmağı bacarmamışdı. Bu mənada Avropa Parlamentində U.Lunaçek başda olmaqla bir qrup deputatın fəaliyyətini anti-parlamentarizmin bariz nümunəsi hesab etmək olar.
Sessiyanın açılışında çıxış edən 57 yaşlı Ulrike Lunaçek Azərbaycanda guya 100-dən artıq “siyasi məhbus”un olduğunu, söz azadlığının pozulduğunu, jurnalistlərin susdurulduğunu və s. iddia edərək, avropalı siyasətçiləri Azərbaycana təzyiqi artırmağa çağırıb.
Lunaçek homoseksuallara və ermənilərə açıq şəkildə dəstək verən deputat kimi tanınır.
Hafiz Əhmədov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


