“Hər şey yüksək səviyyədədir” - Bakıya gələn ermənilər
"Qraçya Rostomyanın rəhbərliyi altında 6 nəfərdən ibarət erməni nümayəndə heyəti artıq Bakıdadır. Mən Oyunlar başa çatanadək Bakıda qalacağam. Erməni idmançıların qohumlarına demək istəyirəm ki, narahatlıq üçün əsas yoxdur", - deyə Karen Qiloyan bildirib.
Qeyd edək ki, paytaxtımızda baş tutacaq I Avropa Oyunları sabah start götürür. Bu gün ermənilərin yunan-Roma güləşçilərinin də Bakıya gələcəkləri gözlənilir. Onların arasında Roman Amoyan, Miqran Arutyunyan, Karapet Çalyan, Maksim Manukunyan kimi idmançılar var.(Ans)







Vaxtında, Aydın, Lazımlı!


