Çexiya prezidenti İlham Əliyevə salam göndərdi
Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşıqlılı səfərlərin önəmini qeyd etdi. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev yarışlarda böyük nümayəndə heyəti ilə iştirak edən çex idmançılarına uğurlar arzuladı.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın və imkanların olduğu bildirildi.
Dövlətimizin başçısı Prezident Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çex Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


