Açılış günü bəzi marşurutların istiqaməti dəyişib

Açılış günü bəzi marşurutların istiqaməti dəyişib
  12 İyun 2015    Oxunub:2981
“Bakı-2015” birinci Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.
AzVision.az xəbər verir ki, İyunun 12-də Avropa Oyunlarının açılış mərasimi ilə bağlı avtobus marşrutlarının xətlərində aşağıdakı dəyişikliklər edilib:

Zabrat-Maştağa istiqamətindən

• 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi Əfəndiyev küçəsi-“Neftçilər” metro stansiyası-Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsindən təşkil olunub.

• 139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi-Əfəndiyev küçəsi-Şərifli küçəsi-Mirzəyev-Q.Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunub.

• 62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası-Əsədullayev küçəsi-Bakıxanov qəsəbəsi-Mehmandarov küçəsi-Sülh küçəsi-“Neftçilər” metro stansiyası və sonra mövcud xətt üzrə hərəkət edir.

• 55 saylı marşrutun xətti Sabunçu stansiyası-Əsədullayev küçəsi-Bakıxanov qəsəbəsi-Mehmandarov küçəsi və sonra mövcud xətt üzrə hərəkət edir.

• 93 saylı marşrutun xətti müvəqqəti dayandırılıb.

Mərdəkan-Buzovna-Qala-Bülbülə qəsəbələri istiqamətindən

• 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi- H. Əliyev prospekti - Zığ beton yolu – Gəncə prospekti- “H.Aslanov” metro stansiyasına qədər təşkil olunub.

• 116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu-Nobel prospekti-A.Cəlilov-K.Səfərəliyeva-28 May küçəsi (S.Vurğun bağının yanı) son dayanacaq.

• 184 saylı marşrut xətti Bülbülə qəsəbəsi-Bakıxanov qəsəbəsi-Əfəndiyev küçəsi-Şərifli küçəsi-Mirzəyev-Q.Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunub.

• 214-Bakıxanov qəsəbəsi-Əfəndiyev küçəsi-Qəmbərov-“Neftçilər” metro stansiyası-8 kilometr bazarına qədər təşkil olunub.

Ziya Bünyadov prospekti istiqamətindən

• 11 və 36 nömrəli marşrut xətləri-Q.Qarayev prospekti-O.Vəliyev-M.Abbasov-A.Manafov-Q.Qarayev prospekti-sonra mövcud xətt üzrə.

• 82 saylı marşrutun xətti müvəqqəti dayandırılıb.

• 207 saylı marşrutun xətti Binə Ticarət Mərkəzi-Dairəvi yol-Moskva prospekti-A.Mustafayev-Z.Bünyadov-Atatürk prospektinə qədər təşkil olunub.



Teqlər:  



Xəbər lenti