Prezident kraliça II Elizabeti təbrik edib

Prezident kraliça II Elizabeti təbrik edib
  13 İyun 2015    Oxunub:1412
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə Krallığın milli bayramı – Təvəllüd günü münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubunda belə deyilir:

Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq arzulayıram.


Teqlər:



Xəbər lenti