İlham Əliyev Türkmənistana gedəcək

İlham Əliyev Türkmənistana gedəcək
  13 İyun 2015    Oxunub:2546
Türkmənistan, Türkiyə və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən görüşündə bildirilib.

Prezidentlərin görüşünün dəqiq vaxtı bilinməsə də bunun yaxın vaxtlarda baş tutacağı qeyd edilib.

Prezidentlərin görüşü Türkmənistanda keçiriləcək.

Ərdoğan bu görüşün ölkələr arasında əlaqələrinin inkişafı naminə önəmli bir addım olacağını diqqətə çatdırıb.

Liderlər üçtərəfli görüşdə nəqliyyat və enerji sektorundakı əməkdaşlıq məsələlərini də müzakirə edəcək.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti