Prezident Tomas Bax ilə görüşüb
Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın birinci Avropa Oyunlarına hərtərəfli dəstəyini xüsusi qeyd edərək bu amilin Oyunların əhəmiyyətini daha da artırdığını dedi.
Dövlətimizin başçısı birinci Avropa Oyunlarının ilk günündə Azərbaycan idmançılarının bir neçə medal qazanmasının önəmini qeyd etdi. Azərbaycan Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.
Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd olundu. Mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bunun yaxşı nümunəsi olduğu vurğulandı.







Vaxtında, Aydın, Lazımlı!


