“Azərsu”dan ixtisar açıqlaması: Yalandır...

“Azərsu”dan ixtisar açıqlaması: Yalandır...
  16 İyun 2015    Oxunub:2343
“Azərsu”da kütləvi ixtisarların aparılması ilə bağlı mətbuatda yayılan xəbərlərə qurum rəsmi şəkildə aydınlıq gətirib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az-a açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

O, vurğulayıb ki, “Azərsu”nun tabeliyindəki “Sutikinti" müəssisəsində 170 nəfər işləyir, 1000 nəfər işçinin ixtisara düşməsi isə cəfəngiyyatdır.

““Azərsu” ASC-də heç bir ixtisardan söhbət gedə bilməz. Ola bilər ki, kiminsə, əmək müqaviləsi bitsin, ola bilər ki, yaşa görə təqaüdə çıxsın. Amma heç bir kütləvi ixtisardan söhbət gedə bilməz. “Sutikinti” müəssisəsində işçilərin sayı 170 nəfərdir. Necə ola bilər ki, orada 1000 nəfər ixtisa olunsun? Bütün bunların hamısı səhv informasiyalardır”.

Qeyd edək ki, azadliq.info-nun yaydığı məlumata görə, dünən “Azərsu”nun tabeliyindəki "Sutikinti" müəssisəsində ixtisarlara başlanılıb. Məlumatda deyilir ki, artıq 1000 nəfərə yaxın işçi ixtisar olunub.

Gültəkin Ələsgər



Teqlər:  



Xəbər lenti