Mikayıl Cabbarov Estoniyalı qonaqlara irad bildirib
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Estoniya arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və Estoniyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib.
Eyni zamanda, Mikayıl Cabbarov bu ilin may ayında Estoniyanın Tartu Universitetinin Beynəxalq əlaqələr fakültəsinin tələbə və müəllimlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etməsinin ölkələr arasındakı mövcud dostluq münasibətlərinin ruhuna uyğun olmadığını və bu kimi halların gələcəkdə təkrarlanmayacağına ümid etdiyini nəzərə çatdırıb.
M.Lepajoe sözügedən səfərdən təəssüfləndiyini bildirərək, Tartu Universitetinin rektorunun Azərbaycanın Estoniyadakı səfirliyinə məktub ünvanlayaraq bununla bağlı təəssüf hissi keçirdiyini ifadə etdiyini və Təhsil Nazirliyi olaraq gələcəkdə oxşar insidentlərin baş verməməsi məqsədilə ölkəsinin ali təhsil müəssisələri ilə müvafiq maarifləndirmə işinin həyata keçiriləcəyini söyləyib.
Görüş zamanı eləcə də Azərbaycanla Estoniya arasında ali təhsil, ilk peşə-ixtisas təhsili, təhsil müəssisələrinin akkreditasiyası, təhsildə keyfiyyətin təmin olunması və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
M.Lepajoe həmçinin, Avropa Velosiped İttifaqının vitse-prezidenti qismində qurumun Bakıda keçirilən idarə heyətinin iclasına qatılmaq, eləcə də I Avropa Oyunlarını izləmək və medal alan idmançıların mükafatlandırılmasında iştirak etmək üçün ölkəyə səfər etdiyini bildirib.







Vaxtında, Aydın, Lazımlı!


