Repetitorluqdan istifadə halları azalıb - Nazirlik
Bununla yanaşı, müvafiq işçi qrupları tərəfindən aidiyyəti təmayül sinifləri üçün tədris proqramları hazırlanıb pilot müəssisələrə çatdırılıb. Sonrakı illərdə “XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzi, Kimya-biologiya təmayüllü lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot müəssisələr sırasına daxil olunub.
Təhlil göstərmişdir ki, ötən müddətdə həmin müəssisələrin rəhbərliyi və pedaqoji kollektivlərinin səmərəli fəaliyyəti sayəsində eksperiment müsbət nəticə vermiş, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunub. Eyni zamanda şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi valideynlər tərəfindən razılıqla qarşılanıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


