Deputat Nalbandyana cavab verdi
O qeyd edib ki, Ermənistan bütün tərəflərlə oyun oynamağa, özlərini onların yanında göstərməyə çalışır: “Düşünürlər ki, buna nail olurlar. Lakin indi dünyada Ermənistan qeyri-stabillik ixrac edən ölkə kimi tanınır, qəbul olunur. Bunu Ermənistanın qonşusu olduğu ölkələrə - Rusiya, İran, Türkiyə, Azərbaycan və Gürcüstana yönəlik siyasətində açıq hiss etmək mümkündür. Bu gün Ermənistan Gürcüstanın Cavaxetiya ərazisində yaşayan erməniləri özünün təsiri altında saxlamaqla bir növ daim Gürcüstanı təzyiq altında saxlayır. Əslində, onlar istənilən vaxt Gürcüstana ərazi iddiası irəli sürə bilərlər. Bunu zaman-zaman səsləndiriblər. Cavaxetiyadakı ermənilər Mixail Saakaşvili hakimiyyəti dövründə separatçı qüvvələr kimi qiymətləndirilib”.
Deputat deyib ki, guya ermənilərin Cənubi Qafqazda min ildir məskunlaşması ilə bağlı iddialar qeyri-ciddidir: "Ermənilərin heç bir zaman dövləti olmayıb. Xalqımızın dədə-baba torpaqları hesabına Ermənistan adlı dövlət yaradılıb. Bu gün isə Azərbaycanın 20 faizindən artıq torpaqlarını işğal ediblər.
Ermənistan qonşu Türkiyəyə qarşı qondarma soyqırımı məsələsini gündəmdə saxlamağa çalışır. Eyni zamanda, Ermənistanın konstitusiyasında Türkiyənin bir neçə bölgəsinə ərazi iddiası irəli sürülüb. Bundan başqa, gizli, yaxud açıq şəkildə erməni diasporası Rusiya və İranda təhlükə, terror mənbəyi olaraq qalmaqdadır. Erməni diasporası da Ermənistandan idarə olunur. Artıq Rusiya və İranda erməni lobbisinə “barıt çəlləyi” kimi baxılır”.
F.Muradov bildirib ki, ermənilər bu məkrli siyasətlərini uzun zaman dünyadan gizli saxlamağa çalışıblar: “İndi hər şeyin üstü açılıb. Artıq bütün dünyada Ermənistan müharibə, terror ixrac edən ölkə kimi tanınır. Ayrı-ayrı zamanlarda hansısa ölkələr arasında müharibələr olub və s. Ancaq dünyada ikinici belə iyrənc siyasət aparan, öz siyasətini insanların məhvi üzərində quran, bəşəri cinayətlərə imza atan, yalnız qeyri-stabillik ixrac edən ikinci bir dövlət yoxdur. Bu gün dünyada Ermənistana qarşı təzyiqlər artıb.
Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqlardan qeyd-şərtsiz çıxmaq və Azərbaycanla əməkdaşlıq etməkdir. Məhz erməni xalqının xilas yolu bundan keçir”.







Vaxtında, Aydın, Lazımlı!


