Gəncədə dəhşətli qətl - Yenilənib
AzVision.az-ın əldə etdiyi məlumata görə, Gəncənin “beş yol” adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda meyiti aşkar edilib.
Hadisə bir neçə saat bundan öncə baş verib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.
Hadisənin kim və hansı səbəbdən törədilməsi ilə bağlı araşdırma aparılır.
***
Əldə etdiyimiz məlumata görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan bir yaş yarımlıq uşağın boğazı kəsilərək qətlə yetirilib. Eyni vaxtda onun qardaşı, 2013-cü il təvəllüdlü uşağın da boğazı kəsilib. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriblər.
Uşağın vəziyyətinin ağırdır.
İlkin Nəcəfzadə







Vaxtında, Aydın, Lazımlı!


