Azərbaycanda erməni malları aşkar edildi
İkinci fakt isə Azərbaycan vətəndaşı Kəlayev Seymur Maqsim oğlunun idarə etdiyi Ford Tranzit markalı avtomobildə aşkar edilib. Gömrükçülər avtomobildə mənşəyi məlum olmayan 630 kq ərik olduğunu müəyyənləşdirib. Əriyin qablaşdırıldığı qutuların üzərinin Ermənistanda çap olunan erməni dilində çap məhsulları - qəzet səhifələri ilə örtülməsi malın Ermənistan mənşəli olduğunu sübuta yetirib.
Azərbaycan vətəndaşı Musayev Ağakişi Musa oğlunun idarə etdiyi Ford Tranzit markalı avtomobildən isə eyni üsulla qablaşdırılaraq, üzəri Ermənistanda çap olunan qəzet səhifələri ilə örtülən 1200 kq ərik aşkar edilib.
Həmin yüklərin mənşə ölkəsini müəyyən edən hər hansı sənədin olmadığına və mənşə ölkəsinin Ermənistan olduğuna əsas verən kifayət qədər sübutlar olduğuna görə, yuxarıda göstərilən nəqliyyat vasitələri gömrükçülər tərəfindən saxlanılaraq mənşəyi məlum olmayan malın respublika ərazisinə idxalına icazə verilməyib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


