Təhsil Nazirliyi müsabiqə keçirir
Təhsil Nazirliyindən verilən xəbərə görə, 01.07.2014 - 01. 07.2015-ci illərdə təhsil mövzusunda qəzetlərdə və jurnallarda, onlayn mediada və bloqlarda dərc olunmuş yazılar (məqalələr, təhlil yazıları), fotoşəkillər, videosüjetlər bu ilin 25 iyun - 10 iyul tarixlərində Təhsil Nazirliyinin Facebook səhifəsində yerləşdiriləcək.
Səhifənin istifadəçiləri tərəfindən ən çox bəyənilən yazıların və süjetlərin müəllifləri müsabiqənin yekununda Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sahəsində təcrübəli əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak etmək istəyən jurnalistlər və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər öz yazılarının və süjetlərinin linklərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


