Bağlanış mərasimində bu yollar bağlanacaq - SİYAHI

Bağlanış mərasimində bu yollar bağlanacaq - SİYAHI
  24 İyun 2015    Oxunub:3369
28 iyun Avropa Oyunlarının bağlanış mərasimi günü bir sıra küçələr bağlı olacaq.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, bağlanış mərasimində aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat16.00-dan gecə saat 2.00-a qədər məhdudlaşdırılacaq:

-Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi

-Mehdi Hüseyn küçəsinin Parlament prospektindənTeymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi

Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

AzVision.az



Teqlər:  



Xəbər lenti