İlham Əliyev 2 deputata orden verdi
AzVision.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyad Əliabbas oğlu Səmədzadə “Şərəf” ordeni ilə təltif edilsin.
Bundan əlavə, prezident İlham Əliyev Hüseynbala Mirələmovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Depuatat Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hüseynbala Fazil oğlu Mirələmov “Şöhrət” ordeni ilə təltif edilib.
AzVision.az