Prokuror və 5 hərbçiyə general-mayor rütbəsi verildi

Prokuror və 5 hərbçiyə general-mayor rütbəsi verildi
  25 İyun 2015    Oxunub:5402
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Axundzadə Yusif Yevgeniyeviç

polkovnik Eyyubov Teymur Tərlan oğlu

polkovnik Əliyev İkram Zülfü oğlu

polkovnik Hüseynov Zahid İbrahim oğlu

polkovnik Orucov Elman İzzət oğlu.

***

Prezident digər sərəncamla Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru Yaşar Əli oğlu Həsənova ədliyyə general-mayoru ali hərbi rütbəsini verib.


Teqlər:  



Xəbər lenti