İyunun 29-dan imtahanlar başlayır

İyunun 29-dan imtahanlar başlayır
  25 İyun 2015    Oxunub:2554
Bakı Dövlət Universitetinin (BDU) Avropa Oyunlarında könüllü iştirak edəcək tələbələrin semestr imtahanları təxirə salınmışdı. May ayı üçün nəzərdə tutulan imtahanların vaxtı dəyişdirilərək, iyul ayına təyin edilmişdi.
Tələbələrin dediyinə görə, imtahanların təxirə salınmasının səbəbi Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar idi. Belə ki, Bakıda ilk dəfə keçiriləcək yarışlarda könüllü olan tələbələr bu il semestr imtahanlarını mayda yox, iyul ayında verməli olacaq.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova AzVision.az-a bildirib ki, Avropa Oyunlarında könüllü iştirak edəcək tələbələr iyun ayının 29-da imtahan verəcək. Ali məktəb sözçüsü bildirib ki, sessiya əvvəlki qaydada aparlıacaq.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti