Bağlanış mərasiminə hansı prezidentlər gələcək?

Bağlanış mərasiminə hansı prezidentlər gələcək?
  26 İyun 2015    Oxunub:4981
“Azərbaycanda tamaşaçılarda artıq bir mədəniyyət formalaşıb. Onlar gəlib Avropa Oyunlarında iştirak edirlər, idmançılara dəstək olurlar”.

AzVision.az xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan təkcə ənənəvi idman növləri üzrə deyil, qeyri-ənənəvi idman növləri üzrə də medal qazanıb.

Nazir bağlanış mərasimində iştirak edəcək dövlət rəsmiləri ilə bağlı suala cavab verib: “Bununla bağlı daha dəqiq məlumatı növbəti mətbuat konfransında verə bilərik. Ancaq məndə olan məlumata görə, Avropa ölkələrinin prezidentlərinin bağlanış mərasimində iştirakları təsdiqlənməyib. Bir çox ölkələrin baş nazirləri, müavinlər və parlament sədrləri səviyyəsində iştirakları gözlənilir”.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti