Almaniya avtobuslarında miqrantları təhqir edən eksperiment – FOTO

Almaniya avtobuslarında miqrantları təhqir edən eksperiment – FOTO
  27 İyun 2015    Oxunub:4077
Almaniyada artmaqda olan irqi ayrı-seçkilik ictimai nəqliyyata da sirayət edib. Essen şəhərində avtobusların birində belə bir sınaq keçiriblər: oturacaqların üstünə “Seçilmiş yerlərə oturmayın, çünki bu oturacaqlar yalnız almanlara addir” ifadəsi yazılmış lövhə vurulub.

Bu barədə AzVision.az “focus.de”-yə istinadən xəbər verir. Gizli kamera ilə aparılan çəkilişlərdən aşkar görünür ki, almanlar üçün “nəzərdə tutulmuş” yerlərdəki xəbərdarlığı oxuyan migrantlar həmin yerləri boş saxlayırdılar.

“Əlbəttə, əgər həmin xəbərdarlıq əvəzinə sırf miqrantlara yönəlmiş “qaydalara riayət edin” cümləsi yazılmış tablo olsaydı daha yaxşı olardı, lakin belə bir sınaq keçirilməyib”,- deyə focus.de vurğulayır.

Lakin Essen şəhər nəqliyyatında keçirilən bu sınağa alman vətəndaşlarıdan bəziləri sərt təpki də göstəriblər. Onların səsləndirdiyi fikirlərdə hər kəsin digərləri kimi eyni insan olduğu fikirləri səsləndirilib. Bir çox alman vətəndaşları belə bir sınağın digər əyalətlərdə da keçirilməsi fikrini irəli sürüb.

Yada salaq ki, belə bir hadisə zamanında ABŞ-da baş vermişdi, o zaman Roza Parks adlı zənci qadın avtobusda oturmaq hüququ uğrunda mübarizə etməklə zəncilərin hüquqi bərabərliyinin əsasını qoymuşdu.

Fərrux Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti