Diqqət: bağlanışa görə yollar bağlanır

Diqqət: bağlanışa görə yollar bağlanır
  28 İyun 2015    Oxunub:2113
Bu gün Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi keçiriləcək. Bununla bağlı paytaxtın
bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16:00-dan gecə saat 02:00-a qədər məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi;

- Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi.

Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06:00-dan gecə saat 02:00-a qədər və “Ekspres avtobuslar” səhər saat 05:00-dan gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək.


Teqlər:



Xəbər lenti