Azad Rəhimov bayrağı təhvil verdi
Mərasimdə çıxış edən A. Rəhimov qeyd edib ki, P. Hikkiyə xüsusi təqdimat qutusunda Avropa Oyunlarının bayrağını təqdim edir: "Onun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var".
Mərasimdə, AOK İcraiyyə Komitəsi, AOK Bakı 2015 Avropa Oyunları Əlaqələndirmə Komissiyasının üzvləri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu olmasında böyük rol oynamış 12500 Alovqoruyan könüllülərin təmsilçiləri iştirak ediblər.







Vaxtında, Aydın, Lazımlı!


