Bakı-2015: kim neçə medal qazandı?

Bakı-2015: kim neçə medal qazandı?
  29 İyun 2015    Oxunub:3036
Azərbaycanda keçirilən I Avropa Oyunları ötən gün başa çatıb.

12 iyun tarixində start götürən möhtəşəm idman yarışında Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.

50 ölkədən 6 mindən çox idmançının mübarizə apardığı Avropa Oyunlarında idmançılarımız 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) ümumi sıralamada ikinci yeri tutub.

Yalnız 164 (79 qızıl, 40 gümüş, 45 bürünc) medal qazanan Rusiya yığmasından geri qalan komandamız ilk Avropa Oyunlarında ikincilik qazanmaqla bir tarixə imza atdı.

Üçüncü yerin sahibi isə 47 (18 qızıl, 10 gümüş, 19 bürünc) medalla Böyük Britaniya yığması oldu.



AzVision.az


Teqlər:  



Xəbər lenti