Bakıya gələn dünya ulduzları: `Bağlanış ağlasığmaz idi`

Bakıya gələn dünya ulduzları: `Bağlanış ağlasığmaz idi`
  29 İyun 2015    Oxunub:5144
Ötən gün Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasiminə qatılan dünya şöhrətli ulduzlar öz «twitter» hesablarında təəssüratlarını yazıblar.
APA-nın məlumatına görə, elektronik rəqslərin prodüseri və DJ Gareth Emery bağlanış mərasimində iştirak etməkdən şərəf duyduğunu yazıb: “Mərasim o qədər ağlasığmaz və heyranedicidir. Düzü, burda iştirak etmək məni kifayət qədər həyəcanlandırır, Bakı – Bağlanış mərasimi valehedicidir!”

Dünya şöhrətli müğənni Con Nyuman da öz təəssüratlarını bölüşüb: “Bu gün həyatımın ən böyük, ən önəmli tədbirində - Avropa Oyunlarının bağlanış mərasimində iştirak edirəm”.


Teqlər:  



Xəbər lenti