Nazirlik 3 rayonda nöqsanlar aşkar etdi

Nazirlik 3 rayonda nöqsanlar aşkar etdi
  29 İyun 2015    Oxunub:2797
“Aqrolizinq” ASC-nin Masallı və Salyan rayon aqroservis filialları, həmçinin Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, bu, kənd təsərrüfatı nazirinin müvafiq əmri əsasında həyata keçirilib.
Audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub.

Auditin nəticələri ilə bağlı materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti