“Biz bu işin öhdəsindən gəldik” - Nazir

“Biz bu işin öhdəsindən gəldik” - Nazir
  29 İyun 2015    Oxunub:2692
Bu gün “Bakı-2015” I Avropa Oyunlarının bağlanmış mərasimi ilə bağlı mətbuat konfransı keçirilir.
AzVision.az xəbər verir ki, Gənclər və idman naziri Azad Rəhimov çıxışında media nümayəndələrinə təşəkkür edib:

“Avropa Oyunları әrzindә xarici mütəxəssislər çox gözәl bir ifadә işlədirdilər. Biz sonuncu deyil, davamlı şәkildә görüşәcәyik. Media nümayәndәlәrinә tәşәkkür edirәm. Siz bu yarışları çox yaxşı işıqlandırdınız vә düzgün mәlumatlar yazdınız. Sözsüz ki, bu müddәtdә Azәrbaycanı sevәn insanlar sevindi vә onlar indi möhtәşәm tәdbirin başa çatmasına tәәssüflәnirlәr. Xarici qonaqlar artıq ölkәni tәrk edir. Onlar aeroportdan zәng edib bizә tәşәkkür edirlәr. Biz 2 il yarım müddәtindә bu işi üzәrimizә götürdük vә öhdәsindәn gәldik”.

Dünən baş tutan bağlanış mәrasimindən danışan nazir deyib ki, biz komanda olaraq bu işin öhdәsindәn gәldik:

“İdmançılarlmızın nәticәsinә gәlincә, gözlәmirdik ki, Avropa Oyunlarında Azәrbaycan 2-ci yerә çıxacaq. Onlar adlarını Azәrbaycan tarixinә yazdırdılar. Prezident İlham Әliyev bu gün bütün idmançıları və әmәyi keçәn hər kəsi tәbrik etdi. İdman zallarındakı mәnzәrәlәrdә bizi sevindirdi. Azarkeşlәr idmançılarımızı tәk buraxmadılar . Prezident İlham Әliyev xaricdәn gәlәn jurnalistlәri dә bu gün tәbrik etdi. Bayram bu gün bitir. Biz çox istәyәrdik ki, belә bayramlar tez-tez olsun və xaricdәn gәlәnlәrә öz qonaqpәrvәrliyimizi göstәrәk”.

Daha sonra şıxış edən “Bakı-2015” Birinci Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleqq bildirib ki, 2500-ə yaxın və azərbaycan və xarici əməkdaşlar bu layihə üzərində çalışıb:

“İstənilən təşkilat komitəsi müxtəlif təcrübəli insanları bir araya toplayır və bütün bu insanlar çalışır ki, məqsədə çatsın. 2500-dən çox könüllü, məşəlçi bu işin tərkib hissəsi idi. Onlar hər gün gülərüz sima ilə çalışırdı ki, bu tədbir yüksək səviyyədə təşkil olunsun. Açılış mərasimi bənzərsiz nailiyyət idi”.

O, qeyd edib ki, iki idman növü birbaşa və ya dolayısı ilə Rio Olimpiyadasına lisenziya xarakteri daşayırdı:

“İmkan yarandı ki, onlar bu idman növlərinə maraq çəksinləır. Bu fürsət ola bilər ki, həmin qeyri-olimpiya oyunları 2020-ci ildə Olimpiya oyunlarına daxil ola bilsinlər. Olimpiya oyunlarından asılı olmayaraq Avropa oyunları yüksək səviyyədə keçdi”.


Teqlər:  



Xəbər lenti