Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  01 İyul 2015    Oxunub:2400
Sabaha olan hava məlumatı açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a bildirilib ki, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayimləşəcək.

Paytaxtda havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 2-də hava əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda isə havanın temperaturu gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti