Prezident “qəhrəman polislər”i də mükafatlandırdı

Prezident “qəhrəman polislər”i də mükafatlandırdı
  01 İyul 2015    Oxunub:4863
Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, ölkə başçısının təltif etdiyi polis əməkdaşları arasında may ayının 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada yanğın hadisəsi zamanı cəsarət və fədakarlıq göstərən 2 polis əməkdaşı da var.

Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı cəsarət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardığına görə dünyanın nüfuzlu media orqanları tərəfindən “qəhrəman polis” adlandırılan polis əməkdaşı Elvin Abışov “İgidliyə görə” medalı ilə təltif olunub.

Adı çəkilən hadisə zamanı Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Qocayev Şahin Alı oğlu vəzifəsinin icrası zamanı şücaət göstərərək 3 nəfərin həyatını xilas etdiyinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Xatırladaq ki, may ayının 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada yanğın hadisəsi zamanı 15 insan həyatını itirib, 60-a yaxın yaralanan və xəsarət alan olub.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti