Maşını olanlar bu xəbəri mütləq oxusun - VİDEO
Xaricdə istehsal olunmuş avtomobillərin texniki baxış müddətinin başa çatmasına 1 aydanda az qalıb. Əksər sürücülər texniki baxış üçün ödəyəcəyi rüsumdan xəbərsizdir. İlin əvvəlində avtomobilin mühərrikinin həcminə görə alınan yol verigisi ləğv edildiyindən texniki baxışa görə alınan rüsum 20 manat olub.
Bu rüsum bütün avtomobillər üçün nəzərdə tutulur. Yəni yük və sərnişin avtomobillərdə eyni məbləği ödəməklə texniki baxışdan keçirilməlidir. Motosiklet və qoşqular üçün bu məbləğ 10 manatdır. Bu qayda pozuntusuna görə cərimə olunan sürücülər 10 gün ərzində həmin cəriməni ödəməlidir. Əks halda sürücü yenidən cərimələnə bilər.
Baş Dövlət Yol Polis İdarəsinin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bu günün polis günü olduğunu əsas gətirərək məsələyə münasibət bildirməkdən imtina edib.







Vaxtında, Aydın, Lazımlı!


