TQDK: İxtisas seçimi başladı

TQDK: İxtisas seçimi başladı
  04 İyul 2015    Oxunub:6396
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
TQDK-dan AzVision.az - a verilən məlumata görə, 9 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər rin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq.

11 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq.

V qrup üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanı üzrə şərtlər və digər vacib məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Müsabiqə şərtlərini ödəyən abituriyentlərin nəzərinə çatdırılır ki, kimin hansı ixtisasa qəbul olub-olmaması barədə öncədən proqnoz verilə bilməz. Çünki hər şey müsabiqə vəziyyətindən asılıdır.

Xatırladaq ki, adıçəkilən istiqamətlər üzrə qəbul imtahanı 2 iyul tarixində keçirilib. Ötən gün isə imtahanların nəticələri elan olunub. İmtahan nəticələri ilə TQDK-nın internet saytında (www.tqdk.gov.az) və ya iş nömrənizi ( buraxılış imtahanı vermiş şəxslər isə şagird kodunu) 7727 nömrəsinə göndərməklə tanış ola bilərsiniz.


Teqlər:  



Xəbər lenti