“Xalq belə müxalifəti qəbul etmir” – Millət vəkili
Millət vəkili hesab edir ki, bu hal müxalifətin xaricdən asılı olduğunu və müstəqil siyasətinin olmadığının göstəricisidir: “Belə siyasəti cəmiyyət qəbul etmir və heç bir halda xaricdən maliyyələşən, təlimat alan qüvvələrə dəstək verə bilməz. Onların seçki qabağı xarici səfirliklərlə görüşlər keçirərək səs istəməsi çox əcaib görünür.
Bununla belə onların seçkidə məğlub olmaları məntiqi olacaq. Çünki, onlar məsləhəti xalqdan, vətəndaşdan yox, xaricdən alırlar. Azərbaycan vətəndaşı isə öz taleyini xarici dairələrin əlində oyuncağa çevirlənlərə həvalə edə bilməz”, - YAP rəsmisi vurğulayıb.
Qeyd edək ki, son zamanlar bir sıra müxalifət partiyaları növbəti parlament seçkilərinə hazırlıqları məhz xarici ölkə səfirlikləri ilə görüşlərdən sonra başlayacaqlarını bəyan edib.
Elvin Abdulqədirov