“Şaban”a pərəstiş edən deputat kimdir?
Millət vəkili mərhum türk aktyorunun vəfatının il dönümü ilə bağlı fikirlərini bölüşüb.
Deputat qeyd edib ki, “Şaban” ləqəbilə sevilən Kamal Sunal aramızda olmasa da o daima ürəklərdə yaşayacaq.
“Kamal Sunalın yoxluğu türk dünyası mədəniyyəti üçün çox böyük itkidir. Onun yoxluğu Azərbaycanın da itkisidir. Şabanı türk dünyasının sənətinə çox böyük töfhələr vermiş bir şəxs kimi xatırlayıram və dəyərləndirirəm. Hesab edirəm ki, bütün Azərbaycan əhalisi, türk dünyası Kamal Sunalı sevir. O, bizə gülüş verən bir ustad idi. Filmlərində dövrün aktual məsələlərinə qarşı öz fərqli yanaşma tərzini nümayiş etdirirdi. Kamal Sunal yaşlı vaxtlarında yaradıcılıq imkanlarından istifadə edə bilmədi. Yarımçıq bir sənət qoyub getdi”.
Hafiz Əhmədov