Türmədə namaz qılmaq, oruc tutmaq olar - Açıqlama

Türmədə namaz qılmaq, oruc tutmaq olar - Açıqlama
  08 İyul 2015    Oxunub:4682
Azərbaycanda cəzaçəkmə müəssisələrinin əksəriyyətində dini ibadət otaqları var. Məhbusların dini inanclarını yerinə yetirməsi üçün hər şərait yaradılıb.
Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

O, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar üçün Ramazan ayında yaradılan şəraitdən söz açaraq bildirib ki, bəzi məhkumlar oruc tuturlar: “Bəzi cəzaçəkmə müəssisələrində isə balaca məscidlər var. Söhbət 13 saylı cəzaçəkmə müəsssisəsindən gedir. 1 saylı cəzaçəkmə müəssisəsində isə xiristianlar üçün ibadət otağı da mövcuddur. Cəzaçəkmə müəssisələrində namaz qılmaq, Allaha ibadət etmək, oruc tutmaq üçün heç bir məhdudiyyət qoyulmur.

Daxili İşlər Nazirliyinin tabeliyində olan rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində də namaz qılmaq üçün xüsusi otaqlar yaradılıb. Məhkumların bəziləri namaz qılıb, oruc tuturlar”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti