Doqquzmərtəbəli binada yanğın- 5 nəfər təxliyyə olundu

Doqquzmərtəbəli binada yanğın- 5 nəfər təxliyyə olundu
  10 İyul 2015    Oxunub:3925
Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 87 kv.m olan 2 otaqlı evin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb.

Yanğın zamanı mənzildən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az




Teqlər:  



Xəbər lenti