Bakı-Qazax yolunda dəhşətli qəza: ölənlər və yaralananlar var

Bakı-Qazax yolunda dəhşətli qəza: ölənlər və yaralananlar var
  10 İyul 2015    Oxunub:2262
Tovuzda dəhşətli yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə bu gün saat 08.40 radələrində Bakı-Qazax magistral yolunun Qovlar şəhər ərazisində baş verib. Bakı istiqamətində hərəkətdə olan “Daewoo”markalı avtobusla "Mercedes" markalı minik maşını toqquşub. Minik avtomobilində olan 4 nəfər sərnişin dünyasını dəyişib. Avtobusda olan sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölənlərin kimliyi hələ ki, məlum deyil. Bir ailənin üzvləri olduğu ehtimal edilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti