FHN dəhşətli qəzada ölənlərin kimliyini açıqladı

FHN dəhşətli qəzada ölənlərin kimliyini açıqladı
  10 İyul 2015    Oxunub:2914
Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində ölənlərin kimliyi məlkum olub.
Fövqaladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, yol qəzası nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 09:35-də başa çatıb.

AzVision.az





Teqlər:  



Xəbər lenti