Prezident monqolustanlı həmkarını təbrik edib

Prezident monqolustanlı həmkarını təbrik edib
  10 İyul 2015    Oxunub:2162
Azərbaycan prezidenti İlham Əliyev monqolustanlı həmkarı Saxiaqiyn Elbeqdorju ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

AzVision.az


Teqlər:



Xəbər lenti