Cəbhədə düşmən təxribatı

Cəbhədə düşmən təxribatı
  13 İyul 2015    Oxunub:2013
Cəbhə xəttində atəşkəs yenidən yenidən pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli və Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Tapqaraqoyunlu, Talış, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Çaylı, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Mərzili, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

AzVision.az




Teqlər:



Xəbər lenti