Sabah qəbul imtahanıdır

Sabah qəbul imtahanıdır
  13 İyul 2015    Oxunub:2087
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
TQDK abituriyentlərə müraciət edərək imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməyi unutmamağı tövsiyyə edib. Bu sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa imtahana buraxılmayacaqsınız.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və həmin abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

AzVision.az




Teqlər:  



Xəbər lenti