Rezidenturaya qəbula dəyişikliklər ediləcək

Rezidenturaya qəbula dəyişikliklər ediləcək
  13 İyul 2015    Oxunub:4306
2016-2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanın baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzVision.az -a verilən məlumata görə, “Patoloji anatomiya” və “Patoloji fiziologiya” fənlərinin “Patologiya” adı altında birləşdirilməsi, eyni zamanda bütün istiqamətlər üzrə baza fənləri sırasına “Histologiya” fənninin əlavə edilməsi planlaşdırılır.






Komissiyadan onu da bildiriblər ki, bununla yanaşı tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına “İnsan anatomiyası” və “Patologiya” fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə “İnsan anatomiyası”, “Patologiya” və “Farmakologiya” fənləri daxil edilməsi də nəzərdə tutulur.

Dəyişikliklər nəzərə alınmaqla imtahan fənlərinin tərkibi aşağıdakı cədvəldə verilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti