İlham Əliyevdən Ermənistana sərt sözlər

İlham Əliyevdən Ermənistana sərt sözlər
  13 İyul 2015    Oxunub:3947
Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamədə Qarabağ münaqişəsi ilə bağlı əks olunan bənd qərəzlidir.

Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsində bildirib.

“Qətnamənin mətnində məruzəçilər tərəfindən təklif edilmiş mətndə yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürürlər dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir”.

Prezidentin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur və Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır.

İlham Əliyev Ermənistandakı kriminal diktatura rejiminin öz xalqını əzdiyini və xuntanın xalqın hesabına varlandığını qeyd etdi.

Çıxışında hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslərin müşahidə edildiyini, Yaxın Şərqdə qanlı toqquşmaların dayanmadığını, Avropanın dərin iqtisadi və mənəvi böhran içərisində olduğunu, bütün bunların da bizi düşünməyə vadar etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avropa qurumlarına inteqrasiyası, həmçinin əməkdaşlığın formatı ilə bağlı fikirlərini də bölüşdü. “Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”, deyən dövlətimizin başçısı Avropa İttifaqı ilə əməkdaşlıqda ölkəmizin milli maraqlarının əsas götürüldüyünü bildirdi.



Teqlər:  



Xəbər lenti