`Əməlimə hüquqi qiymət veriləcək`- İşdən çıxarılan yol polisi
`Rayonda olduğum müddətdə yaxınlarımdan eşitdim ki, qəzetlərdə, saytlarda, müxtəlif sosial şəbəkələrdə mənimlə bağlı bir neçə informasiya yayılıb. Mən həmin materiallarla tanış olduqdan sonra sizə müraciət etmək qərarına gəldim. Bildirirəm ki, haqqımda yazılan məlumatların heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Mənim adımdan da kimlərinsə informasiya yaymasının əleyhinəyəm. Barəmdə verilən qərarın isə müzakirə edilməsini istəmirəm.
Qeyd etmək istəyirəm ki, həqiqətən də belə bir hadisə baş verib, hazırda araşdırma aparılır. Vətəndaşın da, mənim də əməlimə hüquqi qiymət veriləcək`.







Vaxtında, Aydın, Lazımlı!


