AZAL biletləri ucuzlaşdıracaqmı?
N.Bağırovun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin dünənki sərt tənqidi çıxışından sonra artıq yaxın günlərdə aviabiletlərin ucuzlaşmasını gözləmək mümkündür: “AZAL-da həqiqətən də xidmət səviyyəsi çox yüksəkdir, amma biletlər çox baha satılır. Regionlardakı aeroportları - Gəncə, Qəbələ və digər yerlərdəki aeroportları da dövriyyəyə cəlb etmək lazımdır ki, müştərilərin seçim imkanları olsun. Daxili bazara xarici aviaşirkətləri də cəlb etmək lazımdır” - deyə N.Bağırov bildirib.
AzTA sədri AZAL rəhbərliyinin hazırda aviauçuşların qiymətlərinin nizama salınması ilə məşğul olduğuna ümid etdiyini də bildirib.







Vaxtında, Aydın, Lazımlı!


