Azərbaycan yeni qatarlar alır

Azərbaycan yeni qatarlar alır
  14 İyul 2015    Oxunub:2520
“Azərbaycan Dəmir Yolları” ilə QSC-də İsveçrənin “Stadler Rail Group” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən AzVision.az - a verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən alınmış KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidətinin təşkili üçün “Stadler Rail Group” şirkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub.

“Stadler Rail Group” baş direktoru Peter Şpuler çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.


Teqlər:



Xəbər lenti