Dostları naziri ad günündə niyə təbrik etmədi?

Dostları naziri ad günündə niyə təbrik etmədi?
  15 İyul 2015    Oxunub:8581
“Millətinə, vətəninə, xalqına nə arzu edirsə, mən də ona onları arzulayıram”
Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun ad günüdür.

Nazirin yaxın dostu, tanınmış şair Baba Vəziroğlu Kəmaləddin Heydərovu doğum günü münasibətilə təbrik etmədiyini deyib.

AzVision.az-a danışan şair ölkə xaricində olduğu üçün naziri təbrik edə bilməyib.

“Adətən Kəmaləddin Heydərov ad günlərini qeyd etməyə o qədər də meyilli olmur. Cənab nazir təmtəraqlı ad günlərini xoşlamır. Vətəndən uzaqda olduğum üçün onu üzbəüz təbrik edə bilməmişəm. Ona can sağlığı, uzun ömür, yaradıclıq uğurları diləyirəm”.

Kəmaləddin Heydərovun bəstələrini ifa edən xalq artisti, tanınmış xanəndə Alim Qasımov nazirlə birbaşa əlaqəsi olmadığı üçün təbriklərini bizimlə bölüşüb: “Kəmaləddin Heydərovun məndə əlaqə nömrəsi yoxdur. Ona görə də onunla əlaqə saxlayıb, təbrik edə bilməmişəm. Ancaq sizin vasitənizlə öz təbriklərimi çatdıra bilərəm.

Kəmaləddin müəllim çox gözəl insandır. Onun bəstəsi olan iki mahnını oxumuşam. Bir daha onu ürəkdən təbrik edirəm. Nazirə can sağlığı, ailə xoşbəxtliyi arzu edirəm”.

Qeyd edək ki, bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun doğum günüdür. Nazir 54 yaşını qeyd edir.

Şahanə Rəhimli


Teqlər:  



Xəbər lenti