“Milli Ön” -dən 3 min manata yaxın pul oğurlandı

“Milli Ön” -dən 3 min manata yaxın pul oğurlandı
  16 İyul 2015    Oxunub:2366
Bakıda ödəmə terminalıdan 3 min manata yaxın pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də Yasamal rayonu ərazisində “Milli Ön” ödəmə terminalından 2290 manat oğurlamış Bakı şəhər sakinləri Rəşad Məlikov, Amid Əliyev, Nahid Bağıyev və Elmar Məmmədov tutulublar.


Teqlər:



Xəbər lenti