İmtahan nəticələri açıqlandı: 9 nəfər 700 bal topladı

İmtahan nəticələri açıqlandı: 9 nəfər 700 bal topladı
  16 İyul 2015    Oxunub:3772
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası I və IV qruplara keçirilən qəbul imtanının nəticələri açıqlayıb.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, 14 iyul tarixində I və IV ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələri TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 26928 abituriyentdən 1598 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 25330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25323 abituriyentin imtahan nəticələri yerləşdirilib.
İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti